Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağcabədidə yataq otağında, arvadının yanında baltalanan
Tarix: 13-05-2015 | Saat: 12:48
Bölmə:Hadisə | çapa göndər

Ağcabədidə  yataq otağında, arvadının yanında baltalanan
Qədimovu öldürən zaman səsə həyat yoldaşı oyanıb.

Bir neçə gün əvvəl Ağcabədidəki malikanəsində, yataq otağında, arvadının yanında baltalanan, qanı yerdə yatan balalarına bələnən iş adamının qətlindəki müəmmalar aydınlaşır.

Xeberaz.az Milli.Az-a istinadən xəbər verir ki, Aşağı Avşar kəndində baltalanaraq öldürülən 30 yaşlı Saqibət Qədimovu qətlə yetirən qaynı Cavid İsmayılov törətdiyi əməli etiraf edib. Hadisədən bir gün sonra, mayın 7-də tutularaq Ağcabədi Rayon Prokurorluğuna gətirilən C.İsmayılov ifadəsində yeznəsini qisas almaq məqsədilə öldürdüyünü deyib:

“Saqibət bacıma xəyanət edirdi. O, başqa qadınlarla gəzirdi. Ona görə də balta ilə öldürdüm. Onu dəfn edəndən sonra isə baltanı Qaradolaq kəndi ərazisindəki Yuxarı Qarabağ su kanalına atdım”.

C.İsmayılovun digər bir ifadəsinə əsasən isə qətlin qisas yox, tamah məqsədilə törədildiyi ehtimal olunur. İfadəsində əlavə edib ki, Saqibətin Aşağı Avşar kəndindəki evinin tikildiyi torpaq ona məxsus olsa da, atası Saqibətə verib.

Cinayətin necə baş verməsinə gəlincə, qətl baş verən vaxta kimi S.Qədimov Bakıda yaşayırmış. Həmin gün öz ailəsi ilə mərhum dayısının il mərasimi üçün kəndə gəlib. Elə həmin gecə onun evində son günü olub. Həyat yoldaşı və iki azyaşlı övladı ilə evin birinci mərtəbəsində yatan S.Qədimovu balta ilə qətlə yetiriblər. S.Qədimovu öldürən zaman səsə həyat yoldaşı oyanıb. Xanımın dediyinə inansaq, o, əlində balta olan şəxsi yalnız yataq otağının qapısından çıxarkən görüb.

Hadisədən sonra istintaqçılar evin hər tərəfində quraşdırılmış 8 videomüşahidə kamerasına baxsalar da, onların söndürüldüyünü görüblər. Hadisənin cərəyan etdiyi, “şadlıq sarayı” adlanan, hündür hasarla əhatələnmiş malikanəyə cinayətkarın belə asan girib-çıxması, kameraların söndürülməsi təcrübəli istintaqçıları cinayətkarı “içəridə” axtarmağa sövq edib. S.Qədimov Bakı şəhərində gürcüstanlı bir qızla qeyri-rəsmi sevgi münasibətində olub. Onun üçün də dəbdəbəli şərait yaradıb.

Buna görə qaynı Cavid İsmayılov dəfələrlə ona bütün kənddə söz-söhbətin yayıldığı, özünü ədəbli aparması barədə xəbərdarlıq edib. Görünür, onun dediklərinə S.Qədimov əhəmiyyət verməyib və qətl hadisəsi baş verib.


Xəbəri paylaş

1 0548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___