Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabirabadda 5 ay əvvəl suda batan orta məktəb müəlliminin meyiti tapılıb.
Tarix: 03-05-2015 | Saat: 23:40
Bölmə:Hadisə | çapa göndər

Sabirabadda 5 ay əvvəl suda batan orta məktəb müəlliminin meyiti tapılıb.
Polis məlumat yaydı.


Xeberaz.az xəbər verir ki, Sabirabad rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 5 ay əvvəl Kür çayında boğulan və itkin düşən Cavad kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlunun meyiti bu gün çaydan çıxarılıb.

Meyit Ə.Hüseynovun batdığı yerdən 3-4 kilometr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 05 dekabr 2014-cü ildə Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, Əhliman Hüseynov “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb.

Həmin vaxt avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı xilas edilsə də, sürücünü xilas etmək mümkün olmayaıb.

Onun meyitinin axtarışları bir nəticə vermədiyindən axtarışlar dayandırılıb.


Xəbəri paylaş

7228 dəfə oxunub.

Digər xəbərlər
16-06-2017, 10:51 Əsgərimiz şəhid oldu

bütün xəbərlər
____ Instagram ___