Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaxda polisin törətdiyi müəmmalı qəza - TƏFƏRRÜATLAR + FOTO
Tarix: 22-04-2015 | Saat: 18:57
Bölmə:Hadisə | çapa göndər

Qaxda polisin törətdiyi müəmmalı qəza - TƏFƏRRÜATLAR + FOTO
Sərnişin qismində A.Həsənova deyil, Ramazanova olub.

Azərbaycanın Qax rayonunda polis əməkdaşının törətdiyi qəzanın bəzi təfərrüatları məlum olub.

Xeberaz.az xəbər verir ki, Qax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi baş verəndən dərhal sonra polisə avtomobildə sərnişin qismində Zaqatala rayon Polis Şöbəsinin təhqiqatçısı Aygül Həsənovanın olduğu və qəza nəticəsində xəsarət alanların olmadığı bildirilsə də, araşdırmalar zamanı bu fakt təsdiqini tapmayıb.

Müəyyən edilib ki, Zaqatala rayon Polis Şöbəsinin müstəntiqi Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi “Toyota” markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobillə qəza törədərkən avtomobildə sərnişin qismində A.Həsənova deyil, Zaqatala şəhər sakini, 1996-cı il təvəllüdlü Nərgiz Niyazi qızı Ramazanova olub.

Qəzada xəsarət alan sərnişin dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İlkin olaraq, həkimlərə onun yıxılaraq xəsarət aldığı bildirilsə də, araşdırmalar zamanı N. Ramazanovanın Qaxda baş verən qəzada yaralandığı müəyyənləşdirilib.

Qax Rayon Polis Şöbəsindən həmçinin bildirilib ki, qəzanı törədən polis əməkdaşı olduğu üçün iş Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, N. Ramazanova hazırda xəstəxananın travmatologiya şöbəsində müalicə alır.



Qeyd edək ki, məlum hadisə aprelin 19-da Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi “Toyota” markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Avtomobildə sürücüdən əlavə bir sərnişin də olub. Hadisə nəticəsində Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb.

Turab İsgəndərov Zaqatala rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqidir.


Xəbəri paylaş

3 3018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___