Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pivə görə Qonşusun bıçaqladı
Tarix: 15-04-2015 | Saat: 21:04
Bölmə:Hadisə | çapa göndər

Pivə görə Qonşusun bıçaqladı
Hər iki şəxs hadisə vaxtı sərxoş olublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən ş. sakini Zöhrab Muradovun (1977-ci il təv.) CM-nin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xeberaz.az
xəbər verir ki, ötən il avqustun 16-da Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 49 saylı binanın həyətində Zöhrab Muradov qonşusu Ramin Bayramovla mübahisə edərkən, onu bıçaqlayıb, nəticədə sonuncu yaralı vəziyyətdə Şəhər diaqnostika mərkəzinə çatdırılıb və əməliyyat olunub. Araşdırmaya başlayan polis elə həmin gün Muradovu saxlayıb, o törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib. Müəyyən edilib ki, hər iki şəxs hadisə vaxtı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olublar, ilkin olaraq RPŞ İstintaq bölməsində Muradovun barəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaqın gedişatında barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Z.Muradov elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, gecə saatlarında toydan evə qayıtdığını, mağazadan pivə aldığını və həyətdə oturub içdiyini bildirib. Həyətdə olarkən qonşusu Ramin Bayramov yanına gələrək, onunla yanaşı pivə içməyə başlayıb, sonra isə yersiz zarafatlar eləyib. Muradov iradını bildirdikdə, Bayramov əlindəki pivəni onun köynəyinin üstünə atıb. Cavab olaraq Zöhrab ona qarşı eyni hərəkəti təkrar edib, şahidlər onları ayırsalar da, 5-10 dəqiqədən sonra o evdən bıçaq götürərək, məhəlləyə çıxıb və qəflətən Raminə zərbə vurub.

Zərərçəkmiş şəxs qismində ifadə verən Ramin Bayramov təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti olmadığını və onu bağışladığını bildirib. O, hadisənin Zöhrab Muradovun göstərdiyi kimi baş verdiyini təsdiq edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və o, məhkəmə zalında həbs edilib.




Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
21-03-2023, 11:43 Azərbaycana yaz gəldi

bütün xəbərlər
____ Instagram ___