Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaxda sahibsiz it çobanlara hücum etdi: Yaralılar var
Tarix: 13-03-2015 | Saat: 11:31
Bölmə:Hadisə | çapa göndər

İt hələlik tapılmayıb.
Qaxda sahibsiz it çobanlara hücum etdi: Yaralılar var
Qaxda sahibsiz it çobanlara və mal-qaraya hücum edib.

Xeberaz.az xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Qax rayonunda Sarıca qışlağında baş verib.

Sahibsiz it qoyunların saxlandığı təsərrüfata hücum edərək 4 çobanı - Qax rayon İlisu kənd sakinləri, 54 yaşlı Zabit Musayevi, 83 yaşlı Əli Süleymanovu, 47 yaşlı Azər Məmmədovu və 84 yaşlı Əziz Musayevi yaralayıb.

Bundan başqa, it qarşısına çıxan mal-qaraya və çoban itlərinə də hücum edərək xəsarət yetirib.

Xəsarət alan çobanlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Qax RMX-dan bildirilib ki, itin dişlədiyi çobanların hamısı quduzluğa qarşı peyvənd olunub. Əsasən üz nahiyəsindən və əlindən xəsarətlər alan 84 yaşlı Əziz Musayev vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qax Rayon Baytarlıq İdarəsindən bildirilib ki, idarə tərəfindən həmin əraziyə baxış keçirilib, müvafiq tədbirlər görülüb, vəziyyət nəzarətə götürülüb. Yaralı heyvanlara və itlərə quduzluğa qarşı peyvəndlər vurulub.

Qeyd edək ki, çobanlara hücum çəkən it hələlik tapılmayıb.


Xəbəri paylaş

9668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___