Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqlarının gözü qarşısında arvadını öldürən ağstafalıya hökm oxundu – FOTO
Tarix: 09-04-2015 | Saat: 20:55
Bölmə:Hadisə | çapa göndər

Uşaqlarının gözü qarşısında arvadını öldürən ağstafalıya hökm oxundu – FOTO
Qurbanov cinayət əməlindən peşman olmadığını bildirib.

Bakı Apellyasiya Məhkəməsində Ağstafa rayon sakini Ramin Qurbanovun (1984-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, Ramin Qurbanov həyat yoldaşı Dilbazi Qurbanovanın (1987-ci il təv.) Nadir adlı şəxslə ona xəyanət etməsindən şübhələnərək, dəfələrlə onunla mübahisə edib, evdən çıxmamasını tələb edib.

Qadın ərinin bu kimi tələblərindən bezərək sərbəst yaşamaq istəyində olduğundan, hadisədən bir neçə gün əvvəl Ramindən ayrılaraq “Həzi Aslanov” metrostansiyasının yaxınlığında, M.Hadi küçəsi 72, mənzil 39-da kirayədə yaşamağa başlayıb. İyunun 16-sı saat 12 radələrində Ramin Qurbanov həmin ünvana gəlib, mənzilin giriş qapısının yanında dayanıb qapının açılmasını gözləyib.

Qapı açılıb oradan tanımadığı qadın çıxdıqda Ramin cəld içəri daxil olub, mənzildə Dilbazi ilə yanaşı uşaqlarının, arvadının əmisi qızı Səfa Kərimovanın və rəfiqəsi Gülər Nuriyevanın olduğunu görüb. O, yoldaşını qucaqlayaraq hər şeyi unutmağa və yenidən başlamağa çağırıb, lakin sonuncunun rədd cavabını aldıqdan sonra, Dilbazidən şübhələndiyi şəxslə danışıb-danışmadığını soruşub. Arvadı Nadirlə danışmadığını bildirsə də, Ramin otaqda, masa üzərində olan onun mobil telefonunu götürüb daxil olan və çıxan zənglərə baxmağa başlayıb.

O, Dilbazinin həmin gün Nadirlə danışdığını görüb, arvadını yalan danışmaqda və ona xəyanət etməkdə günahlandırıb. Bundan qəzəblənən Ramin azyaşlı uşaqları Emin, Mehin və əmisi qızı Səfanın gözləri qarşısında Dilbazini qətlə yetirib. Belə ki o, şalvarının sağ cibində gəzdirdiyi qatlanan bıçağı çıxararaq cəld şəkildə yoldaşını yerə yıxıb, zərbələr endirərək onu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. Hadisəni törədəndən sonra Qurbanov Xətai RPİ-yə gələrək polisə təslim olub və arvadını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

İlkin olaraq Xətai rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılarkən Ramin Qurbanovun Ağstafa rayon məhkəməsinin 2009-cu il tarixli hökmünə əsasən CM-nin 221.2.1-ci (xuliqanlıq, biq qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunması məlum olub.

Məhkəmə prosesində Ramin Qurbanov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, cinayət əməlindən peşman olmadığını bildirib. O, ifadəsində 2006-cı ildə Dilbazi ilə evləndiyini, bir neçə ildən sonra Bakıya köçdüklərini göstərib. Demək olar ki, hər gün Dilbazinin fala baxması, yanına çoxsaylı kişi və qadınların gəlib-getməsi səbəbindən dalaşıblar, bir neçə dəfə arvadı uşaqları da götürərək Tovuz rayonuna, ata evinə gedib, lakin Ramin yalvar-yaxarla onu geri qaytarıb.

Hadisədən bir ay əvvəl kreditə pul götürmək məqsədi ilə o Ağstafa rayonuna gedib, evə qayıtdıqda isə uşaqlar Dilbazinin Nadir adlı şəxslə birlikdə onları hansısa restorana apardığını deyiblər. Bu barədə arvadından soruşduqda Dilbazi Nadirin sadəcə onun müştərisi olduğunu deyib, bununla əlaqədar aralarında mübahisələri olub. Bir neçə gündən sonra Ramin yenidən rayona yollanıb, Dilbazi ilə telefonla əlaqə saxladıqda, sonuncu kiminlə istəsə birlikdə olacağını və bunun ona heç bir aidiyyəti olmadığını deyib.

Bu sözlərdən sonra Ramin özünü asmağa cəhd edib, lakin qohumları onu ölümdən xilas ediblər. Bakıya qayıdan Qurbanov arvadının axtarışına başlayıb və onun “Həzi Aslanov” metrostansiyası yaxınlığında yaşadığını öyrənib. İyunun 16-da Dilbazinin kirayədə qaldığı mənzilə daxil olanda, arvadı Səfaya 102 xidmətinə zəng etməsini bildirərək, Ramini təhqir edib. Onun sözlərinə görə, özünü itirdiyindən baş verənləri xatırlamayıb, 7-ci mərtəbədə olarkən qonşuların qorxub, qaçdıqlarını görəndə, özünə gəlib, küçəyə çıxdıqda isə anasına zəng vuraraq təngnəfəs halda Dilbazini öldürdüyünü və uşaqları götürüb, ona verəcəyini bildirib.

Zərərçəkən Tahir Kərimov məhkəmədən təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və ona ən ağır cəza verilməsini xahiş edib.

Şahid qismində dindirilmiş Səfa Kərimova Raminin Dilbazini divar tərəfdə yerə yıxdığını və sağ əlində tutduğu bıçaqla vurduğunu gördüyünü bildirib. O, dərhal uşaqları qucağına alıb, otaqdan çıxararaq dəhlizdə yüksək səslə qışqırmağa başlayıb, qonşular səsə gəldikdə Ramin mənzildən çıxaraq, qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Ramin Qurbanov apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Qurbanovun şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.








Xəbəri paylaş

2 3058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___