Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BŞBPİ: "Məhərrəm ayı ilə əlaqədar zəruri tədbirlər həyata keçiriləcək"
Tarix: 06-09-2018 | Saat: 10:45
Bölmə:Filmlər / Karusel / Gündəm | çapa göndər

BŞBPİ:


"Məhərrəm ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması üçün zəruri tədbirlər həyata keçiriləcək”.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov Məhərrəm ayı ilə bağlı BŞBPİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə deyib.

O, dini radikalizmə qarşı mübarizədə aidiyyatı qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib.

S.Bağırov bundan sonra da birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda Məhərrəm ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir.


Xəbəri paylaş

7908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___