Bu, İrana ikinci böyük zərbədir – Ekspert
Tarix: 27-06-2018 | Saat: 16:02
Bölmə:Filmlər / Karusel / Siyasət / Dünya | çapa göndər
“ABŞ administrasiyası sözügedən çağırışın İrana tətbiq edilən sanksiyalarla əlaqəli olduğunu, üstəlik, 4 noyabra qədər İranla neft ticarətini dayandırmayan ölkələrin sanksiyalarla üzləşəcəyini bildirib. ABŞ-ın müttəfiqlərini Tehranla əlaqələrinə baxmağa sövq etməsi həm İranın neft sənayesinə yatırılan investisiyalarla, həm də İranla aparılan neft alğı-satqısı ilə bağlıdır. Söhbət İranın dünya bazarına çıxaracağı neftin 1 milyon barrel azaldılmasından gedir. Artıq İranla ticarət edən şirkətlər faktiki olaraq bu prosesə əməl etməyə başlayıblar. OPEK-in açıqlaması da bunu göstərir. Hesabatlar təsdiqləyir ki, İranın gündəlik 2.8 milyon barrel neft ixracı mayda 2.5 milyon barrelə qədər azalıb. Yəni ixracatda 300 min barrel azalma müşahidə edilib. Çox güman ki, həcmlərin azalmasını o biri aylarda da müşahidə etməli olacağıq”.
İ.Şaban bildirib ki, bu, İranın öz arzusu ilə baş vermir:
“Çünki İran neftin yuxarı qiymətlərində iqtisadi cəhətdən neftdən asılı olan ölkə kimi həcmləri əvvəlki səviyyədə saxlamaqda və daha çox gəlir əldə etməkdə maraqlı olardı. Həcm aşağı düşürsə, demək, bu proses Tehranla ticarət edən şirkətlərin arzusu ilə reallaşır. Nəticədə isə İran neftin bahalaşması fonunda əlavə gəlirlərdən məhrum olur”.
Qeyd edək ki, Tramp administrasiyası ABŞ-ın müttəfiqlərinə noyabrdan etibarən İrandan neft almamaqla bağlı çağırış edib.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-06-2018 | Saat: 16:02
Bölmə:Filmlər / Karusel / Siyasət / Dünya | çapa göndər
ABŞ administrasiyasının müttəfiqlərinə İrandan neft almamaqla bağlı çağırışı çox ciddi məsələdir.
Bu sözləri ABŞ-ın İrandan neft alışının dayandırılmasıyla bağlı çağırışını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir. Ekspertin sözlərinə görə, ABŞ-ın bu addımı rialın sürətlə dəyərdən düşməsi və bu fonda insanların küçələrə axışmasından sonra Tehrana ikinci böyük zərbədir:“ABŞ administrasiyası sözügedən çağırışın İrana tətbiq edilən sanksiyalarla əlaqəli olduğunu, üstəlik, 4 noyabra qədər İranla neft ticarətini dayandırmayan ölkələrin sanksiyalarla üzləşəcəyini bildirib. ABŞ-ın müttəfiqlərini Tehranla əlaqələrinə baxmağa sövq etməsi həm İranın neft sənayesinə yatırılan investisiyalarla, həm də İranla aparılan neft alğı-satqısı ilə bağlıdır. Söhbət İranın dünya bazarına çıxaracağı neftin 1 milyon barrel azaldılmasından gedir. Artıq İranla ticarət edən şirkətlər faktiki olaraq bu prosesə əməl etməyə başlayıblar. OPEK-in açıqlaması da bunu göstərir. Hesabatlar təsdiqləyir ki, İranın gündəlik 2.8 milyon barrel neft ixracı mayda 2.5 milyon barrelə qədər azalıb. Yəni ixracatda 300 min barrel azalma müşahidə edilib. Çox güman ki, həcmlərin azalmasını o biri aylarda da müşahidə etməli olacağıq”.
İ.Şaban bildirib ki, bu, İranın öz arzusu ilə baş vermir:
“Çünki İran neftin yuxarı qiymətlərində iqtisadi cəhətdən neftdən asılı olan ölkə kimi həcmləri əvvəlki səviyyədə saxlamaqda və daha çox gəlir əldə etməkdə maraqlı olardı. Həcm aşağı düşürsə, demək, bu proses Tehranla ticarət edən şirkətlərin arzusu ilə reallaşır. Nəticədə isə İran neftin bahalaşması fonunda əlavə gəlirlərdən məhrum olur”.
Qeyd edək ki, Tramp administrasiyası ABŞ-ın müttəfiqlərinə noyabrdan etibarən İrandan neft almamaqla bağlı çağırış edib.
Xəbəri paylaş
Digər xəbərlər
2-01-2017, 12:31
Azərbaycanlı model Yeni ili rəqs edən milyarderlə keçirtdi - FOTOLAR
24-11-2016, 10:48
"Opel" yük maşınına çırpıldı: 3 ölü
16-02-2019, 10:28
Azərbaycanda övladı olmayan ər və arvad özlərini asdılar
22-05-2017, 18:12
Sarı zolaq sabah açılır? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
11-09-2017, 15:50
Azərbaycanlı dünya çempionu öldürüldü – FOTO
27-05-2016, 00:35
BBC İŞİD-ə görə üzr istədi
4-09-2017, 21:08
Porno saytlara girənlərə XƏBƏRDARLIQ - KİM OLDUĞUNUZ BİLİNƏCƏK
29-01-2023, 11:57
Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı - Bunu qətiyyən etməyin! - VİDEO
18-11-2018, 18:51
İcazəsiz yürüşlə bağlı AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək - RƏSMİ
18-08-2016, 12:13
Millət vəkili Lənkəranski haqda: "Çox təəssüf, çox dəyərli oğul idi”