Bankların vəziyyəti ürəkaçan deyil - Faizlər daha da aşağı düşəcək
Tarix: 06-12-2017 | Saat: 11:53
Bölmə:Filmlər / İqtisadiyyat | çapa göndər
"Bu il kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək, yəni 725 milyon manat azalıb. Mövcud əmanətlərin 1 milyard 982 milyon manatı milli, 5 milyard 40 milyon manat isə xarici valyutada saxlanılır. Deməli, əmanətlərin 70 faizindən çoxu xarici valyutadadır. Əmanətlərin həcminin azalması ilə yanaşı diqqəti çəkən digər məqam depozit faizlərinin aşağı düşməsidir".
Bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.
İqtisadçının sözlərinə görə, əgər əvvəllər əksər banklarda manat üzrə depozitlərə 15, dollardakı vəsaitə 3 faiz təklif olunurdusa, indi bu göstərici, milli valyuta üzrə əksər banklarda 10 faizdən aşağı, xarici valyutada isə orta hesabla 1 faizdir: "Sual yaranır: əgər depozit məbləğləri azalırsa, niyə banklar faizləri aşağı salmaqda davam edirlər? Bankların depozit faizlərini aşağı salması əmanətlərin yerləşdirilməsində çətinliklərin olması ilə bağlıdır. Yəni, bankların əksəriyyəti depozit kimi cəlb etdiyi vəsaiti kredit formasında yerləşdirməkdə çətinlik çəkirlər. Bu, kreditlər üzrə şərtlərin sərtləşdirilməsi ilə yanaşı, hələ də kredit bazarında riskin yüksək olması ilə əlaqədardır".
Xəbəri paylaş
7698 dəfə oxunub.
Digər xəbərlər

14-08-2015, 17:25
Azərbaycan daha 2 qızıl medal qazandı
14-07-2018, 12:08
Usubov Gəncə hadisələrinə görə şöbə rəislərini topladı
22-03-2015, 00:06
Millət vəkilinin bacısı dünyasını dəyişdi.
2-06-2016, 15:37
Türkiyə parlamenti təcili toplanır – Səbəb
5-03-2016, 12:49
Bakıda siqaret üstündə qan töküldü – VİDEO
10-01-2018, 16:01
Qadını zorlayıb, öldürən dostlara 39 illik HƏBS TƏLƏBİ
13-04-2017, 20:40
Elza təqdimatdan küsüb getdi: "Vədlərinə əməl etmədilər"
25-04-2023, 11:08
"Whatsapp"da yeni funksiya: Artıq mesajlarınız silinməyəcək
14-03-2019, 10:09
Azərbaycan Nefti bahalaşdı
23-05-2019, 17:25
"Özümü kişi məclisində rahat hiss edirəm" - Səidə