Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qoca" necə qaçmışdı? - Penitensiar Xidmətdən cavab
Tarix: 30-11-2017 | Saat: 10:49
Bölmə:Filmlər / Gündəm | çapa göndər


"Onlar planlı konvoyun nəzarəti altında xüsusi vaqonla məhkəmə binasına aparılıblar, geri qayıdarkən..."
Oktyabrın 23-də rayondan Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçdığı deyilən və sonra xüsusi əməliyyat zamanı öldürülən "Qoca" ləqəbli Etibar Məmmədov və onunla birgə olan Əli Ağaminin həmin gün, ümumiyyətlə, məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmadıqları iddiası rezonans doğurub. Redaksiyamıza daxil olan xəbərdə iddia olunurdu ki, "Qoca" Bakıdan məhkəməsinin keçirildiyi Lənkəran şəhərinə məhkumlar üçün nəzərdə tutulmuş xüsusi qatarda deyil, şəxsi avtomobildə gedib. Lənkəranda məhkəmə bitdikdən sonra da o və Ə.Ağami Bakıya avtomobildə qayıdırmış. Mənbə deyib ki, razılaşmaya əsasən də onlar qatara Bakıya çatmamış - Biləcəridə minməli imişlər. Amma onlar vəd edilən vaxt gəlib çıxmayıblar. Sonra isə onların qaçdıqları məlum olub. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.  Avtoritetlərin xüsusi tipli vaqondan qaçmasına görə Penitensiar Xidmətin bir neçə işçisi, habelə bu cinayətdə iştirakı olan Günay Atakişiyeva və Fədayə Laçın tutulub.
Qeyd edək ki, bu günədək qaçışın necə baş verdiyi haqda rəsmi bilgi yoxdur.
Yada salaq ki, xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov (Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur), qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər. Onların barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
F.Laçının vəkili Türkel Süleymanlı modern.az-a son müsahibəsində diqqətçəkən bir fikir işlədib. O, "tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın (yəqin ki, qaçışı nəzərdə tutur) necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq" deyib. Vəkil deyib ki, bu iş üzrə 16 nəfər istintaqa cəlb edilib ki, bu da iş üzrə yeni xəbər sayıla bilər. Bu günə qədər bilinən odur ki, iş üzrə Əli Ağami, Fədayə Laçın, Günay Atakişiyeva, Anar Əsgərov, Şahmar Bəyəlizadə, Penitensiar Xidmətinin 3 əməkdaşı - Ceyhun Səmədov, Fuad Hacıyev və Tural Poladxanov tutulublar. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Milli.Az xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov "Yeni Müsavat"ın sorğusuna cavab olaraq bildirib ki, dustaqlar Lənkərana planlı konvoyla aparılıb: "Həmin rayondakı məhkəmə keçirilən binaya dustaqlar Bakıda planlı konvoyun nəzarəti altında aparılıblar. Geri qayıdanda isə əməkdaşlımızın səhlənkarlığı nəticəsində onların qaçması mümkün olub. Yayılan məlumatlar yanlışdır. İstintaq altında olan həmin dustaqlar planlı konvoyun nəzarəti altında xüsusi vaqonla qeyd edilən məhkəmə binasına aparılıblar. Və qayıdanda əməkdaşımızın diqqətsizliyi nəticəsində onların qaçışı mümkün olub".
Yeri gəlmişkən, Penitesiar Xidmət sözçüsündən qısa zaman kəsiyində 4-ə yaxın məhkumun dünyalarını dəyişmələrinin səbəbləri, məhkumlardan saxlama yerlərində kommunal xidmətlərə görə pul yığılması məsələsinə münasibətini də öyrəndik. M.Sadıqov məhkumların ölüm səbəbləri haqda bunları dedi: "Ola bilir ki, kiminsə ürəyi dayanır, qəfil dünyasını dəyişir. Azadlıqda səhhətlə bağlı olan hallar, ölümlər cəza yerlərində də qeydə alınır. Məhkumların işgəncələrə məruz qalması söhbəti yoxdur. Hər hansı pis rəftarla bağlı hallar yoxdur. Qidalanma normaldır, saxlama şəraiti daim diqqətdədir. Maksimum çalışılır ki, saxlama şəraiti yaxşı olsun. Tibb xidməti də lazımi səviyyədədir. Ara-sıra məhkumların ölüm halları da baş verir".
M.Sadıqov məhkumlardan kommunal xidmətlərə görə pul yığılması məsələsinə münasibət bildirərkən deyib ki, tələb olunan bütün kommunal xərclər dövlət tərəfindən ödənilir: "Bütün kommunal xidmətlər dövlət tərəfindən artıqlaması ilə ödənilir. Bütün cəzaçəkmə müəssisələrindəki yataqxanalarda istilik sistemi quraşdırılıb. İşıqlandırma, su, digər məsələlərə tələb olunan xərclər dövlət tərəfindən ödənilir. Bu məsələlərlə bağlı problem yoxdur".
10 gün əvvəl Azərbaycanda, Bərdə şəhərində 6 bal gücündə zəlzələ baş verdi. 10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunmuşdu. Həmin vaxt aktuallaşan suallardan biri də zəlzələ zamanı cəzaçəkmə müəssisələrində məhkumların durumunun necə olacağı ilə bağlı idi.
M.Sadıqov deyir ki, zəlzələ və bu kimi fövqəladə hallarda hər bir cəzaçəkmə müəssisəsi üçün xüsusi təxliyə planı mövcuddur: "Həmin plan əsasında məhkumlar təxliyə olunur. Məhkumların həyatına ola biləcək hər hansı bir təhlükəni aradan qaldırmağa qadirik. Belə hallarla bağlı dəfələrlə təlimlər də keçirilir".
Penitensiar Xidmət rəisi deyir ki, məhkumların təxliyəsi onların cəzaçəkmə yerlərindən azad edilməsi anlamını vermir.


Xəbəri paylaş

1 1388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___