Sabahın havası
Tarix: 31-10-2017 | Saat: 15:45
Bölmə:Filmlər / Gündəm | çapa göndər
Noyabrın 01-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Noyabrın 01-02-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 17-22° isti, dağlarda gecə 2-6°, gündüz 10-15° isti olacağı gözlənilir.
Xəbəri paylaş
8618 dəfə oxunub.
Digər xəbərlər

31-05-2015, 12:05
Saakaşviliyə vəzifə verildi
15-01-2022, 12:39
Əliyar Qasımovun “ Holluwood Cinema Clubu”.... - Daha doğrusu, cinsi azlıqların məskəni....
1-01-2016, 11:56
Azərbaycanlı müğənni "Range Rover"ini aşırdı
19-06-2018, 10:03
Yevlaxda 16 yaşlı oğlan çayda batıb
29-05-2016, 16:18
Almaniyada türklər ayağa qalxdı
5-05-2017, 16:31
İradə Bakıya qayıdır: "Uşaqlarımı qayınanam saxlayacaq"
21-07-2023, 19:54
Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ
11-05-2023, 11:00
Pensiyalar və sosial müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK
21-03-2017, 23:56
"Onları İngiltərəyə qarşı oynatmaq təhlükəli olar" -Löv
6-01-2022, 11:46
"Həkim rəy yazmaq üçün məndən 500 manat pul istədi..." - GİLEY