"Space"də 18+ cizgi filminin yayımı dayandırılıb - "Erotika var idi"
Tarix: 26-10-2017 | Saat: 18:35
Bölmə:Filmlər / Gündəm | çapa göndər
Azərbaycanda özəl kanallardan birində erotik elementlər olan cizgi filminin yayımı dayandırılıb.
Xəbəraz.Az-ın məlumatına görə, bu barədə report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O qeyd edib ki, kanallarda, əsasən, xarici ölkə istehsalı olan cizgi filmləri nümayiş olunur: "Bir sıra hallarda yerli istehsal olan cizgi filmlərdən istifadə olunur. Belə cizgi filmlərinə çox vaxt dövlət büdcəsindən maliyyələşən telekanallarda rast gəlirik. Cizgi filmi seçimlərini kanalların uşaq redaksiyalarındakı mütəxəssilər edir və hazırda bununla bağlı ciddi bir problemlə qarşılaşmırıq. Ancaq əvvəllər bəzi problemlər olurdu. Belə ki, ilin əvvəlində "Space"in səhər efirində uşaqların dünya görüşünə, əqli, mənəvi inkişafına mənfi təsir göstərə biləcək cizgi filmlərinə rast gəlinmişdi. Həmin cizgi filmlərində erotik məqamlar - ehtiraslı öpüşmə, ehtiras doğuran rəqslər, bu rəqslərin təsirindən bihuş olma və s. var idi. Bu da, əlbəttə ki, uşaqlar üçün uyğun gəlmirdi. Daha sonra Şuranın müdaxiləsi ilə bu tip cizgi filmlərinin nümayişi dayandırıldı. Yaxşı olardı ki, kanallar cizgi filmini efirə verməzdən əvvəl onun məzmununa baxsınlar".
O, xarici cizgi filmlərinin kütləvi yayımının uşaqların milli adət-ənənələrimizdən uzaq düşməsinə gətirib çıxara biləcəyini və bunun köklü problem olduğunu əlavə edib: "Mən bu məsələdə kanalları günahlandırmaq istəmirəm. Yerli cizgi filmlərində isə keyfiyyətdən deyil, kəmiyyətdən narazıyıq. Ölkədə cizgi filmləri çox çəkilməlidir ki, kanallar da onları alıb efirə versinlər".
Xəbəri paylaş
9008 dəfə oxunub.
Digər xəbərlər

22-05-2019, 12:44
Elnurun geyimi tənqid olundu
26-03-2016, 17:18
62 nəfərin öldüyü qəzada pilotun dediyi son sözlər...
16-11-2018, 10:17
Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİR
25-02-2016, 16:46
İlhamə Quliyevanın ölümü ilə bağlı – MÜƏMMA
1-12-2015, 12:02
Yeni ildə qeyri-iş günlərinin sayı açıqlandı
7-05-2015, 15:55
Türkiyə erməni dilində ilk dəfə “Quran” nəşr etdirib
14-02-2017, 13:56
Qarın ağırlığına tab gətirməyən ev uçdu - Masallıda
11-09-2016, 15:11
Gəncədə ana 12 yaşlı qızını diri-diri yandırdı
31-08-2016, 23:37
Məhbus məhkəmə zalından qaçdı - Gürcüstanda
19-08-2016, 16:46
İstanbulda güclü yanğın başlayıb - VİDEO+FOTOLAR