Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qız qaçıran evli kişinin qayınanası: "Bütün kənd bilir ki, o qadın ..." - TƏFƏRRÜAT - VİDEO
Tarix: 18-10-2017 | Saat: 13:55
Bölmə:Filmlər / Hadisə / Xəbəraz TV | çapa göndər


Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Vahid Qasımlının evli olduğu halda başqa bir qızı qaçırmasının təfərrüatı məlum olub.
Kənd sakinlərindən əldə etdiyi məlumata görə, V.Qasımlı Şahnaz Heydərli ilə sevərək ailə qurub.
“Onlar təxminən 3 il olar ki, ailə qurublar. 2 yaşlı qızı var, yoldaşı hamilədir. Vahid Şahnazı da qaçırmışdı. Sonra da el adəti ilə toy etdilər. Amma Vahidin birdən-birə belə iş tutması anlaşılan deyil. Şahnazın atası xəstə idi, arada onun yanına gedib-gəlirdi. Vüsal da anası ilə birlikdə kəndin yaxınlığındakı kök sahəsində işləyir. Atası isə bir neçə il əvvəl infarkt keçirib, o vaxtdan işləmir. 1 bacısı var, o da ailəlidir”, - deyə sakinlər bildirir.
Sakinlərin sözlərinə görə, V.Qasımlının qaçırdığı qız kəndin yaxınlığındakı Ağdam şəhərciyində yaşayır. Qızın 18 yaşı var. Hətta hadisədən sonra ailəsi Vahidi polisə şikayət edib.
“Polislə birlikdə Vahidgilin evinə gəlmişdilər, qızlarını qaytarmaq istəyiblər. Ancaq Vahidin qızı Bakıya apardığı deyilir. Qızın ailəsi onlarla danışıb, qız istəyərək qaçdığını deyib”, - deyə kənd sakinləri söyləyib.
Sakinlər deyir ki, Vahidin atası, anası da bu addımından sonra onu evə qoymayacaqlarını vurğulayıblar.
Vahidin həyat yoldaşı Şahnaz Heydərlinin anası Gültəkin Həsənova açıqlamasında kürəkənindən belə bir addım gözləmədiyini deyib:
“Yoldaşım onkoloji xəstədir, iyun ayında Bakıda əməliyyat edilib. 3 qızım var, vaxtaşırı onlar növbə ilə atalarının yanında qalıblar. Şahnaz da ərinin, qayınanasının razılığını alandan sonra 8 gün atasının yanında qalıb. Ata evinə də hər dəfə icazə ilə gəlib. Axırıncı dəfə də gələndə yoldaşı razılıq verib, qayınatası da gətirib. Yoldaşı kök sahəsində işləyir. Həmin sahə kənddən kənardadır, 4 aydır gecə-gündüz orada işləyir. Arada anası razılıq verəndə evə gəlir. Qızım sonuncu dəfə 10 gün əvvəl bizə gəlib, onda da qayınanası deyib ki, “yoldaşın evdə yoxdur, sən burda niyə oturmusan, mənim ərimə arvad gəlməmisən ki, get anangilə”. Bir neçə gün əvvəl kənddəki tanış qadın zəng vurub hadisəni bizə dedi. Qızım şok keçirib”.
G.Həsənova deyir ki, ailədə problem yaradan qayınana olub:
“Vahidin valideynlərinin ailə qurandan 18 il sonra bir qızı, bir oğlu olub. Qızı 3 dəfə ailə qurub. Qayınana qızımla yola getmirdi. Qızımın ata evinə gəlməyinə narazılıq edirmiş. Qızımın ailədə yeganə narazılığı qayınanasından idi. Qayınanası qızımı istəmirdi, bütün qızıllarını əlindən almışdı, toy kasetini sındırmışdı, hətta toy şəkillərini də cırmaq istəyirmiş. Bütün kənd bilir ki, o qadın mənim qızımın başına hansı oyun açıb. Vahid anasına bağlı uşaqdır, amma özü də anasının xasiyyətindən narazılıq edirdi. Biz Vahiddən belə bir addım gözləmirdik. Adam 10 günün içində ailə dağıdıb, yeni ailə qurar? Bu oyunu kim qurub bilmirəm. Qızımın bir uşağı 1 yaş 8 aylıqdır, iki aylıq hamilədir. 10-15 gün əvvəl qızımla birlikdə qohumlarının toyuna getmişdilər. Ona gələn qız nə düşünüb? Atanı iki balasından ayırıb. Eşitdiyimizə görə, gətirdiyi qızın ürək qüsuru var. Onun ailəsi də qızlarını geri qaytarmaq istəyirlər. Ancaq biz ailənin kim olduğunu bilmirik”.
Gülxar
***
Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl həmkəndlisi olan sevdiyi oğlanla - Vahid Qasımlı ilə ailə qurub.
Hazırda cütlüyün 2 yaşlı bir qız övladı var. İkinci uşağa hamilə olan qadının bir neçə aydan sonra körpəsi dünyaya gələcək. Bir neçə gün əvvəl aldığı bir xəbər isə onu şoka salıb. Çünki həyat yoldaşı Vahid Qasımlı başqa bir qızı evlənmək məqsədilə qaçırıb.

Şahnaz deyir ki, son vaxtlar atası ağır xəstəlikdən əziyyət çəkdiyindən tez-tez ona baş çəkməli olub. Bu isə qayınanasının narazılığına səbəb olub. Söz-söhbət böyüyüb və cütlük arasında narazılıq yaranıb.
Gənc gəlinin dediyinə görə, həyat yoldaşının başqaları ilə telefonda yazışdıgını da bilib, amma bunu qabartmayıb.
Həyat yoldaşının onunla nikahda ola-ola başqasını qaçırması aralarındakı münasibətlərin tamamilə qopmasına səbəb olub. İndi Şahnaz boşanmaq istəyir.
Qarşı tərəfin mövqeyini də öyrənmək istədik, amma Vahid Qasımlını kənddə tapa bilmədik. Kənd sakiləri bildirdilər ki, o, Bakıya köçüb. Vahidin mobil telefonuna da zəng çatmır.(publika)



Xəbəri paylaş

2 6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___