Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Əsəbləriniz gərgindirsə, ən adi hadisələrə qıcıqlanırsınızsa, BU ÇAY SİZİN ÜÇÜNDÜR
Tarix: 24-09-2017, 10:14 | Saat: 15:47:00
Bölmə:Filmlər / Maraqlı | çapa göndər

#SAĞLAMLIQ
Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca cətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür. Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır və özümüzü çarəsiz sayırıq. Ancaq gəlin bu qədər də bədbinliyə qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə bir çarəsi var. Bir fincan ballınanə (melissa) çayı əsəblərinizi tam sakitləşdirəcək.
Ballınanə bitkisinə həm də limonotu, bədrənc, melissa da deyilir. Bu bitkinin qurudulmuş yarpaqlarından dəmlənmiş çayın orqanizm üçün bir çox faydaları var.
1. Sinir sisteminə olduqca müsbət təsir göstərir
 
2. Əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır
3. Stressə qarşı təsirli vasitədir
 
4. Fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir
 
5. Normal yuxunu təmin edir
 
6. Ödqovucudur
 
7. Həzmi asanlaşdırır
 
8. Ürəyin fəaliyyətini normallaşdırır
 
9. Orqanizmin immun sistemini gücləndirir
 
10. İştəhanı yaxşılaşdırır
 
Qan təzyiqi aşağı olanlara ballınanə çayından istifadə etmək məsləhət görülmür. Çünki o qan təzyiqini aşağı salır.
 
Ballınanə çayının hazırlanması çox sadədir. 1 çay qaşığı qurudulmuş yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballınanə çayından soyuq halda da istifadə olunur.
 
Əgər gün ərzində əsəblərinizin sakit, əhvalınızın xoş olmasını istəyirsinizsə, bir fincan ballınanə çayı için. O gərginləşmiş əsəblərinizin öhdəsindən lazımınca gələcək. El arasında bu çaya elə-belə "oğul otu" deməyiblər.
шаблоны для dle 11.2

2998 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
3-02-2016, 19:16 Anjey Kaspşik Qarabağda

{sape_links}{sape_article}
16-11-2018
bütün xəbərlər
____ Instagram ___