Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
KRİMİNAL MÜHARİBƏ: Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 azərbaycanlı tutuldu - FOTO
Tarix: 12-09-2017 | Saat: 11:02
Bölmə:Filmlər / Özünü Tanıd / Hadisə / Foto-fakt | çapa göndər


Azərbaycan diasporunun nümayəndəsi Ramil Caniyevin Rusiyanın Çelyabinsk şəhərində qətlə yetirilməsinin sərnişindaşıma bazarı uğrunda gedən müharibə ilə əlaqəli olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin cinayətlə bağlı yaydığı qısa məlumatında qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya haqqında qanunvericiliyinin pozulması faktının yoxlanılması üzrə operativ-profilaktiv tədbirləri həyata keçirib.
""Bakinskiy dvorik" kafesində gənc oğlanın qətli və aparılan tədbirlər barədə hələlik bizə heç nə məlum deyil", - deyə DİN rəsmisi Olqa Şterk bildirib.
Hüquq-mühafizə orqanlarındakı mənbə ura.ru saytına deyib ki, polis əməkdaşları kafedə, sadəcə, profilaktik tədbirlər görməyiblər, orada atışma da olub.
"Kafedə olanları üzü üstdə yerə uzatdılar, üzərilərini axtardılar. Daha sonra hamısını polis maşınlarına otuzdurdular. 200 nəfəri tutub apardılar. Hətta ölənin atasını da tutdular", - deyə mənbə bildirib.
Kafedə ofisiant işləyən Zilya faktı təsdiqləyib.
"OMON hadisə yerinə gəldi, atəş açmağa başladı. Bəzilərini içəri girən kimi döyməyə başladılar", - deyə Zilya bildirib.
Sentyabrın 8-də Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib.
İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb.


Xəbəri paylaş

1 7208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___