Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qəbələ” Avroliqa ilə vidalaşdı
Tarix: 04-08-2017 | Saat: 00:29
Bölmə:Filmlər / İdman | çapa göndər


Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edir. Mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də meydana çıxıb.
 
Əyalət klubu evdə Yunanıstan “Panatinaikos”u ilə görüşüb.
 
Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda da məğlubiyyətə üzülüb.
 
Oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıya təmsilçimiz qolla başlayıb. Monrozun hazırladığı epizodu yunanların müdafiəçisi Moledo öz qapısına göndərib.
 
Ancaq "Qəbələ"nin qol sevinci uzun çəkməyib. Qoldan 10 dəqiqə sonra Lod, daha 4 dəqiqə sonra isə Kabazes vəziyyəti "Panatinaikos"un xeyrinə dəyişib.
 
Matçda başqa qol olmayıb və təmsilçimiz Avroliqa ilə vidalaşıb.
 
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
 
“Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) - 1:2
Qollar: Moledo, 52 (öz qapısına) - Lod, 62, Kabazes, 66
 
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1




Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___