Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
31 yaşlı gənc özünü asdı - “Anamın yanında basdırarsınız”
Tarix: 05-07-2017 | Saat: 14:49
Bölmə:Filmlər / Hadisə | çapa göndər

31 yaşlı gənc özünü asdı

Ötən gün Sumqayıtın Corat qəsəbəsində intihar hadisəsi qeydə alınıb.
"Xəbəraz.Az" ARB TV-yə istinadən xəbər verir ki, həmin qəsəbənin ev 501 ünvanında yaşayan 1986-cı il təvəllüdlü  Həşimov Emin Rafiq oğlu özünü hamamın tavanından kəndirlə asaraq intihar edib. 
İlkin araşdırmalardan sonra məlum olub ki, özünü asaraq intihar edən 31 yaşlı Emin Haşımov əsəb xəstəsi olub və dəfələrlə ruhi-əsəb dispanserində müalicə olunub. Onun asılı vəziyyətdə qalmış meyitini tapan atası Rafiq Haşımov bildirib ki, oğlunun evdə olmadığını görəndə ilk olaraq onun dənizə getdiyini düşünüb. Lakin daha sonra hamama daxil olmaq istəyərkən o, qapının arxadan bağlı olduğunu görüb. Rafiq Haşımov daha sonra qüvvətlə qapını itələyib və arxadakı dirək yerə düşüb. Hamamın işığını yandıran ata oğlunun asılı vəziyyətdə qalmış meyitini tapıb.
Emin Həşimov  həyatına qıymamışdan öncə  məktub da yazıb. O, məktubunda  özünü öldürəcəyini qeyd edib. Məktubda Emin bu sözləri yazıb: “Məni anamın yanında basdırarsınız. Mənim də taleyim bu idi. Saat 13:20-də özümü öldürürəm”. 
Mərhumun atası  Rafiq  Həşimov bildirib ki, oğlu anadan xəstəliklə  doğulub. Onda  əsəb və psixi pozğunluq olub, dəfələrlə  ruhi-əsəb xəstəlikləri dispanserində müalicə alıb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş

7748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___