Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah məzunlar imtahan verəcək - SAY AÇIQLANDI
Tarix: 04-07-2017 | Saat: 16:34
Bölmə:Filmlər / Gündəm / Təhsil | çapa göndər

Sabah məzunlar imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də növbəti imtahanlar keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə,Bərdə,Göyçay.Şirvan,Lənkəran,Xaçmaz və Şəki də 52 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26709 nəfərin iştirak edəcəyi gözlənilir.
Bu imtahanlarda:
– Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 17928 nəfər əvvəlki illərin məzunları;
– Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4886 nəfər əvvəlki illərin məzunları;
–Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 914 nəfər IX sinif , 2981 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 188 imtahan rəhbəri, 2182 nəzarətçi-müəllim ayrılıb.
Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 30-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə (abituriyentlərə) imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
“İmtahana buraxılış vərəqəsi”;
şəxsiyyəti təsdiq edən sənədin əslini:
a)Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.


Xəbəri paylaş

7838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___