Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Güneydə etiraz səngimir: onlarla soydaşımız həbsə alındı
Tarix: 29-07-2016 | Saat: 14:09
Bölmə:Filmlər / Gündəm | çapa göndər

Güneydə etiraz səngimir: onlarla soydaşımız həbsə alındı

Dünən “Tərh-i No” qəzetində türklərin təhqir edilməsinə qarşı Güney Azərbaycanda keçirilən aksiyada onlarla insan həbs edilib.

"Xəbəraz.az "Axar.aza istinadən xəbər verir ki, bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. Təşkilat tutulan şəxslərdən 25-nin adını müəyyənləşdirə bilib. Hələlik ən böyük həbslər Xoy, Təbriz və Ərdəbildə olub. Üstəlik, Zəncan şəhərində milli-mədəni fəal Əbufəzl İmani öz övladı ilə birgə saxlanılıb. Bəzi aktivistlər yaxalanarkən fiziki təzyiqlərə məruz qalıblar.

Xatırladaq ki, iyulun 20-də “Tərh-i No” qəzeti Firdovsinin “Şahnamə” əsərindən bir hekayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim edib. Qəzetdə həmçinin “Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındırlar. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, qadınlar kimi əlinə pambıq və mil götür”, - sözləri də yer alıb.

Bundan sonra iyulun 26-da bütün Güney Azərbaycanda türklərin təhqir edilməsinə qarşı mitinqlər başlayıb.


Xəbəri paylaş

7188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___