Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanı dəhşət içində ağladan 5 uşaq – Video
Tarix: 07-05-2016 | Saat: 00:57
Bölmə:Filmlər / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Dünyanı dəhşət içində ağladan 5 uşaq – Video
Yutub sosial şəbəkəsində dünyanı ayağa qaldıran, insanlığın ürəyini sızıldadan 5 fotodan ibarət video yayımlanıb. Videoda həmin uşaqların ölüm anı, dünyanın o uşaqlara münasibəti rəy olaraq verilib.


5. Tibb tarixinə düşən foto

Bu foto ana bətnində 21 həftəlik bir dölün abortu zamanı çəkilib. Əməliyyat zamanı uşağın əlini ana bətnindən çıxararaq həkimin əlini tutması Qərbdə əsrin hadisəsi olub. Bu foto illərlə abort əleyhinə tədbirlərdə istifadə edilib.

4. Hindistan, Bopal tragediyası

3 dekabr, 1984-cü il. ABŞ-ın "Yunion Carbide" firmasının Hindistanda Bopal şəhərində yerləşən böcək dərmanı buraxan fabrikdən səhvən 40 ton metil izosiyanat qazını çölə atması 18000 adamın ölümünə, 150000-dən çox insanın zəhərlənməsinə səbəb olub. Hadisədən sonra uşağını öz əlləri ilə basdıran bir atanın dramının əksi kimi ortaya çıxan foto dünyaya səs salaraq tarixdə yerini tutub.

3. Kevin karterin çəkdiyi foto

Dünyaya ən çox nümayiş etdirilən, qərbli fotoqrafın Afrikada çəkdiyi fotoda 1 tikə çörəyə möhtac olan insanların həyatı əks olunur. Fotoda kiçik bir qız yardım düşərgəsi ilə əlaqə yaratmağa çalışır. Ancaq ondan bir az kənarda bir qırğı onun ölməsini gözləyir. Fotoqraf uşağa yardım etmədən oradan uzaqlaşdığı üçün insanların tənqidləri ilə üz-üzə qalıb. O, bir sıra bəhanələr səsləndirsə də, sözlərinə əhəmiyyət verən olmayıb. İnsanların usanmayan tənqidlərindən sonra fotoqraf “Mən jurnalistəm, xeyriyyə işçisi deyiləm”, - deyib. Bundan qısa müddət sonra isə fotonu çəkən jurnalist intihar edib.

2. 3 yaşlı suriyalı Aylan Kürdi

Aylan Kürdi Bodrum sahillərində üzü üstə yatan cəsədi ilə bütün dünyanı sarsıtdı. Qardaşı və anası da eyni faciədə həyatlarını itirdi. Aylan Kürdinin üzü üstə çəkilən fotosu son illərin sarsıdıcı görüntülərindən oldu. Həmin foto bütün dünyada nümayiş etdirildi, milyonlarla insana çatdı, dəfələrlə manşetlərdə əks olundu, onlarla dövlət başçısı öz nitqində Aylandan bəhs etdi.

1. Omira Sançez

1985-ci il, Kolumbiya... bir gecə qəfildən vulkan püskürüb. 13 yaşlı qızın bütün ailəsi qaçmaq məcburiyyətində qalıb. Omira Sançez isə bədəni evin dağıntılarının altında qaldığına görə, qaça bilmir. 3 gün ərzində onun bədəni maqmanın içində santimetr-santimetr əriyir. Bütün dünya onun acı dolu baxışları əks olunan fotonu sadəcə izləyə bilir. Onu maqmadan xilas etmək mümkün olmur və Omera 60 saat işgəncə çəkdikdən sonra ölür.

Daha ətraflı videoda: Axar.az


Xəbəri paylaş

9258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___